AzNews.az Eldar Mahmudova məxsus evin qiyməti ilə bağlı araşdırma aparıb.
Araşdırma zamanı əmlak ekspertlərinin sabiq nazirin sarayı ilə bağlı ümumi rəyi belə olub: “50000 kv metr torpaq sahəsində tikinti altı sahəsi 1500 kv/m. olan 4 mərtəbəli villa var. Texniki mərtəbələrinin olduğu istisna olunmur.
Bundan əlavə tikinti altı sahəsi 1300 kv metr olan 3 mərtəbəli digər villa da görünür. Ümumi sahəsi 2000 kv/metrdən artıq olan digər yardımçı tikililər, hovuzlar, mini futbol meydançası və s. var. İqamətgahın yerləşdiyi ərazi ilə üzbəüz təqribən 9000 kv/metrdə inşa olunmuş 600 kv/metr tikililər var. Böyük ehtimalla mühafizə zonası kimi istifadə olunub”.
Ekspertlərin fikrincə, bu sarayın torpaq sahəsi üzrə ehtimal olunan bazar dəyəri 8 milyon 500 min manat təşkil edir: “Tikili və yardımçı tikililər üzrə ehtimal olunan bazar dəyəri isə 12 milyon manatdır”.
İnterpress.az