Ceyhun Şadlinskinin MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilməsindən sonra nazirlikdə daha bir neçə təyinat gerçəkləşib.
Sabiq nazir Eldar Mahmudov tərəfindən işdən azad olunmuş çekistlər yenidən MTN-ə qaytarılır.
Saytın yazdığına görə, polkovnik İsmayıl Bağırov milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyevin bu gün imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirliyin aparat rəhbəri təyin olunub.
MTN-dəki kadr islahatları davam edir. ( virtualaz.org )
İnterpress.az