Yevlaxda iki avtomobil toqquşub: 2 ölü – YENİLƏNİBbackend

Yevlaxda iki avtomobil toqquşub: 2 ölü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda baş verən qəzada ölənlərin sayı 2-yə çatıb, bir nəfər isə komadadır.

Yevlax Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən və koma vəziyyətində olan “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü, Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Rəhman Əliyev orada ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, xəstəxananın reanimasiya şöbəsində olan Bakı sakini 65 yaşlı Fəridə Zeynalova hazırda komadadır , travma şöbəsində müalicə olunan Gəncə sakini, 13 yaşlı Sabir Yusifzadənin vəziyyəti stabildir.

***

Bakı-Qazax magistralının 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində Zinharov Şaiq Türen oğlunun idarə etdiyi 90-DO-361 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn Rəhman Yaqub oğlu Əliyevin idarə etdiyi 90-DA-851 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını ilə toqquşub.

Nəticədə “VAZ 2106”dakı sərnişin, 2012-ci il təvəllüdlü Yusifzadə Hüseyn Teymur oğlu aldığı ağır xəsarətlərdən ölüb. Avtomobildəki digər sərnişinlər – 2002-ci il təvəllüdlü Yusifzadə Sabir Teymur oğlu, 1950-ci il təvəllüdlü Əliyev Rəhman Yaqub oğlu və 1950-ci il təvəllüdlü Fəridə Zeynalova müxtəlif bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır. ( apa )

İnterpress.az