Xoşqədəmin verilişləri bərpa olunacaqbackend

Xoşqədəmin verilişləri bərpa olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a ANS Şirkətlər qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov bildirib. O, sözü gedən verilişin efirə nə vaxt yayınması ilə bağlı dəqiq məlumata malik deyil: “Veriliş efirə qayıdacaq. Amma nə vaxt çıxacaq, onu deyə bilmərəm”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov “Xoşqədəmlə axtarıram səni” və \”Sən tək deyilsən\” verilişlərinin yayımında təkrar qanun pozuntusu olarsa, sözü gedən qurum tərəfindən yenidən onlara cəza tətbiq ediləcəyini bildirib.

Xatırladaq ki, MTRŞ sentyabrın 30-da keçirdiyi iclasında “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarını 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

İnterpress.az