“8-ci km” bazarının satıcıları etiraz aksiyası keçirdibackend

“8-ci km” bazarının satıcıları etiraz aksiyası keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8-ci km bazarı”nda işləyən satıcılarla müdiriyyət arasında problem yaranıb. Bazarın satıcıları onlara qoyulan yerpulunun qaldırılmasından narazılıqlarını bildiriblər.

Narazılıq nəticəsində bir qrup satıcı etirazlarını bildirmək üçün Nizami rayon icra Hakimiyyətinin qarşısına toplaşıb. Aksiya iştirakçıları problemlərilə əlaqədar İcra hakimiyyətinin işçilərilə görüşüblər.

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Cavid Qafarovun BAKU.WS-ə verdiyi məlumata görə, icra nümayəndələri aksiya işçilərilə birgə məsələni araşdırır.

\”Hazırda bazarın böyük sahibkarları ilə kiçik sahibkarları arasında yaranan narazılığı aradan qaldırmağa çalışırıq”, – deyə Cavid Qafarov bildirib.

İnterpress.az