Bunu AzNews.az-a açıqlamasında YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Müsavatın parlament seçkilərindən imtina etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Müsavat bu qərarı ilə artıq zəifləyən, nüfuzunu itirən, Azərbaycanın siyasi həyatında hər hansı rolu olmayan bir qüvvəyə çevrildiyini bir daha göstərdi: “İstənilən siyasi partiyanın birinci vəzifəsi seçkilərdə iştirak etməkdir. Parlament seçkisindən imtina edən və könüllü sürətdə geri çəkilən siyasi partiya sosial dayaqlarının olmadığını, cəmiyyətin maraqlarını qorumaq fikrinə düşmədiyini bir daha büruzə verdi. Xüsusən də, Müsavat Partiyası çoxdan özünün radikal baxışları ilə cəmiyyətdə nüfuzdan düşmüşdü. Müsavat parlament seçkilərinə qatılmağına baxmayaraq, ötən 2 həftə ərzində hər hansı təbliğat kampaniyası da keçirmirdi. Demək olar ki, kampaniya çərçivəsində nə görüşlər, nə plakatlar, nə də hər hansı çağırışların heç biri yox idi. Bu qərar bir daha sübut elədi ki, Müsavat nüfuzunu itirən, Azərbaycanın siyasi həyatında hər hansı rolu olmayan bir qüvvəyə çevirilir”.
İnterpress.az