Sabir Rüstəmxanlı türk dünyasını təbrik etdibackend

Sabir Rüstəmxanlı türk dünyasını təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaya meydan oxuyan bir imperiyanın – Osmanlı imperatorluğunun üstünə dünya güclərinin gəldiyi və bu ölkəni param-parça etmək, vətəndaşlarını dövlətsiz bir hala gətirib qul və kölə etmək istədiyi məqamda başlayan azadlıq savaşı böyük güclərin on, bəlkə də yüz illərlə qurduğu planı dəyişdi. Birinci Dünya savaşından məğlub çıxan və bir neçə ölkə ordusu tərəfindən işğala məruz qalan Osmanlı imperatorluğunun bir hissəsində başlayan istiqlal savaşı Mustafa Kamal Atatürkün müstəsna bacarığı və fitri hərbi qabiliyyəti, böyük türk ruhu ilə qələbə ilə sonuclandı. Bu qələbə təkcə Türkiyənin deyildi, dünyanın böyük güclərinə qarşı az qala əliyalın vuruşmağa qadir olan bir millətin – türklərin dövlətçilik ənənəsinə nə qədər sadiq olduğunun, ən müasir ordu və silah qarşısında yenilməzliyinin bariz nümunəsi idi.
Türkiyə Cümhuriyyəti – rəşadət, mərdlik, Vətən uğrunda ölməyi bacaranların qurduğu dövlətdir. Biz görürük ki, indi əvvəlkindən fərqli olaraq böyük güclər orduları ilə Türkiyənin üzərinə gəlmirlər, əvəzində bu ölkənin daxilində böyük oyunlarla az qala 90 il əvvəl bacarmadıqlarını etməyə çalışırlar. Dünya dəyişib, zaman da dəyişib, amma Türkiyəyə qarşı münasibət, bu ölkəni parçalamaq istəyi dəyişmir ki dəyişmir. Ancaq bu böyük güclər bir məsələni unudurlar: türkin də min il, yüz il əvvəlki ruhu dəyişməyib, bu millət Vətən üçün ölməyi şərəf sayıb, sayır və sayacaq. Ona görə də Türkiyə Cümhuriyyəti də bütün rüzgarlarda, əsən acı yellərdən sarsılmaz və bir bütöv olaraq çıxacaq.
Bir daha bütün türkləri, Türk Dünyasını Cümhuriyyət günümüz münasibəti ilə təbrik edirəm və istiqlalımızın əbədi olmasını diləyirəm.

Sabir Rüstəmxanlı
VHP sədri
İnterpress.az