Dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binalardakı elektrik qurğularının və avadanlıqlarının, habelə enerji təchizatını həyata keçirən mənbələrin mövcud vəziyyəti təkrar yoxlanılmış,aşkar olunmuş qüsur və nasazlıqlar qısa müddətdə aradan qaldırılmış,zəruri olan mal-materialların ehtiyatı yaradılmış, baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün ciddi tədbirlər görülüb.
Seçkilər günü Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Texniki Departamentə tabe olan xidmət sahələrində və Avtonəqliyyat xidmətində, habelə bütün RETSİ-lər və ETSİ-lər üzrə növbətçilik təşkil olunacaq.
Yarana biləcək istənilən nasazlıq vəziyyəti ilə bağlı “Azərişıq”ASC-nin “199 – Qəza Xidməti”nə müraciət edə bilərlər.
İnterpress.az