Ağayev İsmayıl Bəşir oğlu 1 iyul 1966-cı ildə, Ermənistanın (Qərbi Azərbaycan) Əzizbəyov rayonunun Saravan kəndində anadan olmuşdur. O, 1983-cü ildə Saravan kənd orta məktəbini bitirmişdir. 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Avtomobil Nəqliyyatı fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Çexiyanın Texniki Universitetinin Hüquq fakültəsi doktorantura dərəcəsi ilə bitirmişdir. 1992-95-ci il tarixlərində Daxili İşlər Orqanlarında işləmiş, 1992-93-cü illərdə Xızı Rayon Polis Şöbəsinin rəisi, 1994-ci il Bakı Şəhər Baş Polis İdarəsində Baş inspektor, 1995-ci il DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin komandiri vəzifələrində çalışmışdır. 2004-2008–ci illərdə isə Səbail Bələdiyyəsinin Torpaq Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1993-cü ildə Xızı Rayon Polis Şöbəsinin şəxsi heyəti və yaxın qohumları ilə birlikdə Goranboyun Gülüstan kəndində könüllülər batalyonunda torpaqlarımızın müdafiəsi uğrunda vuruşmuşdur. 2005-ci ildən Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvü olaraq ictimai fəaliyyətə başlamış, konqresin idarə heyətinin üzvü seçilmiş, daha sonra Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edilmişdir və hal-hazırda nümayəndəliyə rəhbərlik etməkdədir. 2008-ci ildə Beynəlxalq Diaspor Mərkəzinin təsis konfransında sədr seçilmiş və hal-hazırda mərkəzin sədri vəzifəsindədir.
Ağayev İsmayıl Bəşir oğlu 60 saylı Salyan-Neftçala Seçki Dairəsi üzrə namizədliyi qeydə alınmışdır. Onun seçki öncəsi platforması ilə tanış olduqda, xalqımıza layiqli Millət Vəkili olacağına şübhə etmirik. İ. Ağayevin Millət Vəkili seçiləcəyi təqdirdə, həyata keçirəcəyi müxtəlif məzmunlu məsələlərin qısa xülasəsini təqdim edirik.
• Respublika prezidenti cənab İlham Əliyevə ölkədə baş verən korrupsiya və rüşvətxorluğa, qudurğanlığa, talançılığa, qohumbazlığa, yerlibazlığa – bütün neqativ hallara qarşı mübarizəyə hərtərəfli dəstək vermək;
• Dağlıq Qarabağ və İrəvan xanlığı torpaqlarının erməni quldurlarının işğalından azad edilməsi sahəsində aparılan bütün hərbi-siyasi proseslərdə xüsusi mübarizlik göstərmək, ölkə prezidenti, Ali Baş Komandanın əmrinə müsəlləh əsgər kimi həmişə ön sıralarda olmaq;
• Dədə-baba yurdlarından məcburi qaçqın və köçkün düşmüş vətəndaşlarımızın, şəhid ailələrinə, müharibə əlillərinə və digər maddi-mənəvi köməyə ehtiyacı olan insanlara dəstək olmaq, onların həyat tərzinin yaxşılaşdırılması ilə bağlı yeni qanunların qəbul edilməsinə çalışmaq;
• Ölkənin iqtisadi-siyasi, sosial-mədəni inkişafında gedən bütün proseslərdə ön sıralarda olmaq, bu sahələrdə qəbul edilmiş qanunların həyata keçirilməsində xüsusi fəallıq göstərmək;
• Kənd təsərrüfatı əməkçilərinin və sahibkarların sərbəst fəaliyyəti istiqamətində ölkə prezidentinin apardığı iqtisadi siyasətə dəstək olmaq, bu sahədə qəbul edilmiş qanunların həyata keçirilməsinə nail olmaq;
• Vətəndaşların gündəlik həyatında üzləşdikləri neqativ halların, o cümlədən böyük şəhərlərdə rəhmətə gedənlərin dəfn edilməsi üçün ayrılan torpağın satın alınması, yas mərasimlərinin dəbdəbəli, təntənəli formada keçirilməsinə və bu kimi mərasimlərə rəvac verənlərə qarşı daim mübarizə aparmaq, bu qəbildən olan məsələlərin qanun çərçivəsinə salınmasına çalışmaq;
• Əmək haqları və pensiyaların artıtılması əsasında vətəndaşların iqtisadi baxımdan yaşayış tərzinin yaxşılaşdırılması üçün müvafiq qərarların həyata keçirilməsinə çalışmaq;
• Müqəddəs dini ocaqlara hər il “ziyarətə” gedən alverçi zəvvarlara, bu müqəddəs ocağı bazar yoluna çevirən insanlara, “din xadimlərinə” qarşı daim mübarizə aparmaq və bu kimi məsələlərə dair müvafiq qanunların qəbul edilməsinə çalışmaq;
• Ermənilər tərəfindən azərbaycanlılara qarşı tarixin müxtəlif dövrlərində törədilmiş soyqırımları ifadə edən ümumi Anım Abidəsinin ucaldılmasına nail olmaq, onun xalqımızın və xarici qonaqların ziyarətgahına çevrilməsi yolunda xüsusi fəaliyyət göstərmək;
• Bakı şəhərində ucaldılmış dünyanın ən yüksək bayraqlarından biri olan “Azərbaycan bayrağı” abidəsinin fəxri qaravulla mühafizə edilməsinə və meydanın şərəf simvoluna çevrilməsi yolunda müxtəlif tədbirlərin keçirilməsinə nail olmaq;
• Azərbaycan ədəbi dilinin qorunması və saflığına riayət edilməsi yolunda daim mübarizə aparmaq, KİV-də, xüsusən mətbuatda radio–televiziyalarda, sosial şəbəkələrdə, reklam agentliklərində ana dilimizə yabançı münasibət bəsləyənlərə qarşı ən ciddi tədbirlərin görülməsinə çalışmaq.
• Dünya azərbaycanlılarının birliyi və həmrəyli yolunda daim mübarizə aparamaq, xarici ölkələrdə yaşayan həmvətənlərimizin hüquq və haqlarının qorunması yolunda xüsusi fəaliyyət göstərmək.
60 saylı Salyan-Neftçala Seçki Dairəsinin hörmətli seçiciləri! Sizə layiqli deputat olmağa hazır olan İsmayıl Ağayevə səs versəniz, onu Millət Vəkili seçsəniz, gündəlik bütün problemlərinizin həllinə nail olacaqsınız.
Qərbi Azərbaycan (indiki Ermənistan)
Nümayəndəliyi
İnterpress.az