Arif Hacılının imtina ərizəsi qəbul olundubackend

Arif Hacılının imtina ərizəsi qəbul olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a açıqlmasında sədrin özü deyib. O, bildirib ki, ərizə 33 saylı-Xətai Birinci Seçki Dairəsinin sədrinə təqdim edilib: “Ərizə ilə müraciət etdim. Dairə Seçki Komissiyası ərizəmi qəbul etdi”.

Maraqlıdır ki, İsa Qəmbərin seçkidən imtina ərizəsi 15 saylı Yasamal birinci seçki dairəsi tərəfindən rədd edilib. Eləcə də oktyabrın 28-də Müsavat Partiyası Divanın iclasında parlament seçkilərini boykot etmək haqda qərarını da MSK qəbul etməyib. Belə olan halda Arif Hacılının ərizəsinin qəbul edilməsi maraq doğurur.

İnterpress.az