17 saylı Yasamal Seçki Dairəsindən deputatlığa namizəd İlhamiyyə Rzayevanın vəkili və müşahidəçisi Həmid Herisçi sərbəst buraxılıb.
Bu barədə İ.Rzayeva sosial şəbəkədə yazıb. O, H.Herisçinin artıq sərbəst buraxıldığını qeyd edib.
***
Bu haqda namizədin seçki qərargahından musavat.com-a bildirilib. H.Herisçinin Yasamal Polis İdarəsinin 26-cı bölməsinə aparıldığı deyilir. Qərargahdan bildirildiyinə görə, onun saxlanılmasına səbəb seçki saxtakarlığını aşkar etməsi olub. Belə ki, əlil seçicilərdən birinin səs verməsi üçün evinə səyyar seçki qutusu aparılıb. Bu zaman məlum olub ki, bu seçici səs vermək üçün məntəqə seçki komissiyasına müraciət etməyib. Buna etirazını bildiridiyi üçün H.Herisçi polis nəzarətinə götürülüb.
Xatırladaq ki, H.Herisçi İ.Rzayevanın həyat yoldaşıdır.
İnterpress.az