Hadisə noyabrın 1-də rayonun M.Ələkbərov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan, əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Kamil Novruzəliyev münaqişə zəminində yaşadığı evin həyətində qardaşı, 1971-ci il təvəllüdlü Qabilə bıçaq xəsarəti yetirib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K. Novruzəliyev tutulub. ( apa )
İnterpress.az