Beynəlxalq müşahidəçilər seçkilərlə bağlı bəyanat yaydıbackend

Beynəlxalq müşahidəçilər seçkilərlə bağlı bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanat GUAM PA-nın seçkiləri izləyən müşahidəçi missiyasının bu gün keçirilən mətbuat konfransında səsləndirilib.

İnterpress.az bəyanatın mətnini təqdim edir:

GUAM PA-nın müşahidəçilər qrupu Azərbaycan Respublikasında 1 noyabr 2015-ci il tarixində Milli Məclisə keçirilən seçkilərlə bağlı Azərbaycanda səfərdə olub. Qısa müddətli səfərə Ukrayna Ali Radasının deputatı İvan Kulkov, Gürcüstan parlamentinin üzvü Zurab Abaşidze və qrupun rəhbəri, Valeri Çeçelaşvili gəlib. Səsvermə günü 8, 15, 118, 122, 124 və 125-ci seçki dairələrinin Bakı şəhərində yerləşən 20 məntəqəsində, eyni zamanda Sumqayıt şəhərinin 42 və 44 seçki dairələrinin 7 məntəqəsində aparılan müşahidələrin nəticəsi olaraq GUAM təşkilatının müşahidəçiləri bəyanat hazırlayıb. Azərbaycan Respublikasının parlamentinə seçkilər beynəlxalq öhdəliklər, eləcə də milli qanunvericilik, eyni zamanda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qaydalarına uyğun keçirilib. Keçirilən seçkilər tam sakit şəkildə baş tutduğundan müsbət qiymətləndirilə bilər və bu seçkilər ölkə vətəndaşlarının öz iradələrini sərbəst ifadə etmələri üçün tam təminatlı olub.

İnterpress.az