Beynəlxalq Bankdan ixtisarlarla bağlı açıqlamabackend

Beynəlxalq Bankdan ixtisarlarla bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bankdan sorğuya cavab olaraq bildirilib ki, ABB-nin yeni strukturunun və ştat vahidlərinin sayı artıq təsdiqlənib: \”ABB-nin həm strukturu, həm də ştat vahidləri indiki mərhələdə bank qarşısında duran tələb və vəzifələrə uyğunlaşdırılıb. Eyni zamanda, xərclərə mümkün qədər qənaət prinsipi də vacib amillərdən biri kimi nəzərə alınıb. Bu cür optimallaşdırma tədbirləri fəaliyyətin səmərəliliyinin, faydalı iş əmsalının artırılmasına, bankda korporativ idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. Bankda institusional inkişaf prosesləri davam etdirilir. Bu prosesdə strateji baxımdan perspektivli sayılan istiqamətlərə dəstək verildiyi kimi, az səmərəli sahələr üzrə adekvat tədbirlərin həyata keçirilməsi də istisna deyil\”.

Qeyd edək ki, ötən gün maliyyə naziri Samir Şərifov açıqlamasında bildirib ki, ABB-də ciddi ixtisarların aparılması nəzərdə tutulub. Nazirin sözlərinə görə, bankın əməkdaşlarının 25-30%-i ixtisar oluna bilər. ( apa )

İnterpress.az