Qız sevgilisi tərəfindən zorlanıb.
Hadisə Xəzər rayonu ərazisində baş verib. Buzovna qəsəbəsində dəniz kənarında görüşən sevgililərin görüşünün sonu cinayətlə nəticələnib.
Qəsəbə sakini 1984-cü il təvəllüdlü Əli Hüseynov (ad şərtidir) Bakı sakini 1992-ci il təvəllüdlü Cəmilə Əliyevanı (ad şərtidir) zorlayıb.
Xəzər Rayon Polis İdarəsinə müraciət edən qız bildirib ki, sevgilisi onun iradəsinə zidd olaraq, döyərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Araşdırma aparılır. ( musavat.com )
İnterpress.az