MTN-lə bağlı daha bir ittihambackend

MTN-lə bağlı daha bir ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilən dövlət qulluqçusu Ağamir Ağamirovun həyat yoldaşı Səadət Fətullayeva deyib.

S. Fətullayeva bildirib ki, yoldaşı 2013-cü ilin may ayında MTN tərəfindən həbs edilib: “Onunla birgə ondan çox sahibkarı da həbs etmişdilər. Onlardan biri də Hafiz Vəliyev idi. Onun da valideynləri sizin saytınıza müraciət ediblər. Ağamirlə Hafizin tanışlığı var idi. Çayxanada görüşürdülər. MTN də bunları izləyirmiş.
Yoldaşım Müdafiə Sənayəsi Nazirliyində baş məsləhətçi işləyirdi. Dindar adam idi. İmkan düşdükcə İranda müqəddəs ziyarətgahlarda olurdu.

MTN əməkdaşları onu həbs edəndə deyiblər ki, dövlət işçisən, niyə dindarsan, niyə ziyarətgahlara gedirsən. Dindar olanda nə olur? İnsanların inancının başqalarına nə aidiyyatı var? Biz dindar olub bu günə kimi kiməsə ziyan vurmamışıq. Ağamir dövlətə sədaqətlə qulluq edib. Təbii ki, MTN-nin burada məqsədi pul almaq idi. İşi istintaqın rəisi Mövlam Şixalıyev aparırdı. Müstəntiq isə Kənan Əliyev idi. Kənan Əliyev vəkil vasitəsilə bizə söz göndərdi ki, 1 milyon manat versələr, Ağamiri buraxacaqlar. Bizdə o qədər pul hardan olsun? Qayınatam bu məsələni digər qurumlara bildirdi. MTN də bundan xəbərdar olandan sonra yoldaşımın boynuna “vətənə xəyanət” maddəsini qoyaraq ömürlük həbsə məhkum etdilər. Qayınatam bir il yollarda qaldı. Axırda bu haqsızlığa ürəyi dözmədi, rəhmətə getdi”.

Şikayətçi bildirib ki, son hadisələr zamanı istintaqın rəisi Mövlam Şıxalıiyev həbs edilib, amma Kənan Əliyev hələ də azadlıqdadır: “Biz onun da həbs edilməsini tələb edirik. Mövlam Şixaliyev bilmirdi ki, bu qədər insanın ahını alıb, axırda özü həbsə düşəcək. İndi mən iki uşaqla yalnız qalmışam. Qayınanam da ağır xəstədir. Özüm də işsizəm. Yoldaşım da Kürdəxanıda ömürlük məhkumluqla cəzalandırılıb.

Hazırda məhkəmə prosesi dayanıb. İşin yenidən Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını tələb edirik. Biz istəyirik ki, bu işə birbaşa ölkə başçısı müdaxilə etsin və haqsız yerə həbsə məhkum edilmiş insanlar azadlığa buraxılsın”.

MTN-lə bağlı daha bir ittiham

İnterpress.az