NİDA-çılar saxlanıldılarbackend

NİDA-çılar saxlanıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə hərəkatın üzvü Zaur Qurbanlı məlumat yayıb. O, NİDA-çıların Bakı Şəhər Baş Polis İdarəsində saxlanıldıqlarını qeyd edib.

Hərəkatın digər üzvləri isə tutulan “NİDA” üzvlərinin bəzilərinin adını da qeyd ediblər. Onlar Bəhruz Səmədov və Rabil Heydərovdur.

Yayılan məlumata görə, hərəkat üzvləri dünən keçirilən parlament seçkilərində seçki bülletenlərini etibarsız hala salmaqda təqsirləndirilirlər.

Qeyd edək ki, seçki bülletenlərinin lağa qoyulması ilə bağlı fotolar dünəndən sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub. ( qafqazinfo.az )

İnterpress.az