Müsavat Şamaxı olaylarına dair bəyanat yaydıbackend

Müsavat Şamaxı olaylarına dair bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə partiyanın mətbuat xidmətindən Musavat.com-a xəbər verilib.

Bildirilir ki, dünən Şamaxı şəhərində seçki saxtakarlıqlarına etiraz edən bir qrup seçicinin dinc aksiyası polis zorakılığına məruz qalıb: \”Şamaxı rayon polis şöbəsinin rəisinin rəhbərlik etdiyi polis əməkdaşları aksiyaçılara hücum edib.

Nəticədə bir neçə nəfər xəsarət alıb. “Azadlıq” radiosunun əməkdaşı təzyiqə məruz qalıb. Həbs olunanlar var.

Müsavat Partiyası Şamaxı şəhərində baş verənləri Azərbaycan hakimiyyətinin ən lokal siyasi fəallığa belə dözümsüzlüyünün təzahürü kimi dəyərləndirərək, ifadə və sərbəst toplaşma azadlığına qarşı yönələn polis zorakılığı kimi qətiyyətlə pisləyir.

Azərbaycan hakimiyyətindən vətəndaşların Konstitusiya ilə təsbit olunmuş hüquqlarına hörmətlə yanaşmağı, aksiya zamanı həbs olunanları dərhal azadlığa buraxmağı, dinc etirazçılara qarşı zorakılığa yol verən polis əməkdaşlarının cəzalandırılmasını tələb edir\”.

İnterpress.az