Ümid Partiyasının sədri İqbal Ağazadə deputat seçilmədiyindən, bu partiya MSK-ya üzv verə bilməz. Məsələ bundadır ki, 18 nəfərlik MSK üç tərkibdən formalaşır. 6 nəfər hakim partiyadan, 6 nəfər parlamentdə azlıqda qalan partiyalardan, 6 nəfərdə bitərəflərdən. Hər parlament seçkilərindən sonra da MSK tərkibi yenidən formalaşmalıdır. Adətən də hər seçkidən sonra parlamentin tərkibindən asılı olaraq bir, iki dəyişiklik ola bilir. Ancaq parlament son dövrlər əsasən Yeni Azərbaycan Partiyasının üzvləri arasından formalaşdığından MSK rəhbərliyində və əsas heyətdə elə bir dəyişiklik olmur.
MSK-nın hazırkı tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb. ( azadlıq.org )
İnterpress.az