9-cu mikrorayonda tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxın orta yaşlı kişi özünü atmaq istəyib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Həmin şəxslə aparılan danışıqlar nəticəsində onu fikrindən daşındırmaq mümkün olub. İntihar etmək istəyən şəxs binanın damından düşürülərək polisə təhvil verilib.
Onun adı və soyadı hələlik məlum deyil.
***
Bu barədə məlumatı jurnalist Əzizə İsmayılova öz “Facebook” hesabında yazıb. O, intihara cəhd hadisəsinin 9-cu mikrorayonda baş verdiyini qeyd edib. Məlumata görə, iş adamı Akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun yanında yerləşən Zeytun bağının içərisində tikilmiş binanın üstünə çıxıb. Onun binanın sahibi olduğu və binanı sökmək istədikləri üçün intihar etmək istədiyi deyilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Təcili yardım maşınları gəlib.
Polis də hazırda hadisə yerindədir.
İnterpress.az