Criminal.az-ın yaydığı məlumata görə, keçmiş nazirin törətdiyi qanunazidd hərəkətlərin əsas iştirakçısı olan MTN generalı Akif Çovdarov artıq həbs edilib.
Sayt yazır ki, general-mayor Çovdarov iki gün əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən tutulub. Onun Bakıdakı biznesini isə qardaşı Asif idarə edir.
Qeyd edək ki, A.Çovdarov əvvəllər həbsxana işçisi olub. Eldar Mahmudov 1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifəsində işləyəndə Çovdarovu həmi idarəyə, milli təhlükəsizlik naziri təyin olunanda isə özü ilə MTN-ə gətirib.
Çovdarov da Eldar Mahmudovun kassirlərindən biri kimi tanınır. Onun MTN-də əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Aparatına etdiyi şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər.
Qeyd edək ki, bir neçə gün öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Bacısının kürəkəni Rafiq Hümbətov isə hazırda Xətai rayon MTN-ə rəis işləyir.
İnterpress.az