Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri ilə (qətl və oğurluq) 14.11.2000-ci il tarixdən İnterpol vasitəsi ilə beynəlxalq axtarışda olan Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Əminə Mirzəyeva yaxalanaraq Sabunçu rayon Polis İdarəsinə təhvil verilib.
İnterpress.az