Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 523 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən nazirlikdə (126 nəfər) və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəllərinə uyğun olaraq ölkəmizin bölgələrində keçirdiyi vətəndaş qəbulları zamanı (397 nəfər) fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib.
Bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı ümumilikdə 50-dək rayon və şəhərin sakinlərinin müraciətlərinə baxılıb. Nazirliyin digər rəhbər şəxsləri (nazir müavinləri və aparat rəhbəri) tərəfindən bu dövrdə qəbul edilən vətəndaşların sayı isə 700 nəfər təşkil edib. Digər vətəndaşlar isə nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul olunub.
Hər bir müraciət obyektiv şəkildə araşdırılaraq cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq müvafiq tədbirlər görülməsi, müraciətlərdə əksini tapan bir çox məsələlərin elə yerindəcə həllini tapması, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilməsi təmin olunub.
İnterpress.az