Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi təxirə salındıbackend

Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in \”news.am\”a istinadən verdiyi məlumata görə, bu barədə Lori rayonu məhkəməsindən bildiriblər. Məlumata görə, daha əvvəl noyabrın 2-də təyin olunan prosesin vaxtının dəyişdirilməsinə qərar verilib.
İddiaya əsasən, Faxralı kənd sakini, 35 yaşlı T. Mikayılov 2015-ci il iyunun 23-də Lori rayonunun Dzyunaşox kəndi istiqamətində Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçib. Fakt üzrə \”sərhədi qanunsuz keçmə\” maddəsi ilə cinayət işi açılıb. Bu maddədə 100 min dram məbləğində cərimə və ya 3 il müddətinə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İnterpress.az