Bakıda “KFC” kafesində tüstülənmə baş verib.Tüstülənmə metronun 28 May stansiyasının yaxınlığında yerləşən kafedə qəflətən başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 maşını və şəxsi heyəti gəlib.
Yanğınsöndürənlər tüstülənmənin yanğına çevrilməsinin qarşısını alıblar.
Tüstülənmənin nədən baş verdiyi araşdırılır.
İnterpress.az