Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 4 noyabr 2015-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in baş katibi tərəfindən səfir A. Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilir.
Səfir A. Mehdiyev 2001-2006-cı illərdə Azərbaycanın Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.
Qeyd edək ki, bundan öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi Arif Məmmədov olub.
İnterpress.az