Zakir Qaralov Rusiya baş prokuroruna müraciət edibbackend

Zakir Qaralov Rusiya baş prokuroruna müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş prokuror Zakir Qaralov 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində polis əməkdaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol verməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş prokuroru Yuri Çaykaya müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, polis əməkdaşı tərəfindən yol verilmiş cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurması bildirilməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

İnterpress.az