Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov bildirib ki, Tarif (qiymət) Şurasının bir neçə iclası keçirilib və qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 3 mini ötüb.
İ. Məcidov qeyd edib ki, bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 1151 dərman vasitəsinin qiyməti artıq qüvvədədir: “Rəqabət mühitinin pozulmaması və əczaçılıq subyektləri üçün qiymətlərin dərman vasitələrinin üzərində yerləşdirilməsi, mal qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılmasının vaxt tələb etməsi nəzərə alınaraq, yeni təsiredici maddələr üzrə qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabr tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək”.
İnterpress.az