Cədvəldə Azərbaycanın 7 klubu da yer alıb.
Təmsilçilərimiz arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Avropa Liqasının qrup mərhələsinin IV turunda “Monako” ilə 1:1 hesablı heç-heçə edən ağdamlıların hesabındakı xal 13,4250-ə çatıb.
Nəticədə 8 pillə irəliləyən Qurban Qurbanovun yetirmələri 127-ci yerə yüksəlib.
9,6750 xalı olan “Neftçi” mövqeyini 1 pillə itirib. Bakılılar artıq Avropanın 164-cüsüdü. 2 addım irəliləyən “İnter” 5,4250 xalla 247-cidi.
Avrokuboklarda mübarizəni davam etdirən digər komandamız “Qəbələ” Avropa Liqasının qrup mərhələsinin IV turunun “Borussiya” (Dortmund, Almaniya) ilə oyununda 0:4 hesabı ilə uduzsa da, 1 pillə yüksəlib. 5,1750 xala malik “qırmızı-qaralar” 253-cü yerdə qərarlaşıb.
Digər klublarımızdan “Xəzər Lənkəran” (4,4250) 283-cü, “Bakı” ilə AZAL (hər ikisi 3,1750) 333-cüdü.
Təmsilçilərimizin Avropa Liqasındakı rəqiblərindən Almaniya “Borussiya”sı (Dortmund) 98,2640 xalla 7-ci, İngiltərə “Tottenhem”i (65,8310) 24-cü, Belçika “Anderlext”i (45,2800) 38-ci, Fransa “Monako” (35,6490) 55-cı, Yunanıstan PAOK-u (34,3200) 58-ci, Rusiya “Krasnodar”ı (19,7360) 94-cü pillədədi.
Qeyd edək ki, siyahıya 156,2280 xala malik İspaniya “Real”ı (Madrid) başçılıq edir.
İnterpress.az