Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, noyabrın 7-si axşamdan 11-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə düşəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur.
İnterpress.az