Kəbə zəmzəm ilə yuyulacaqbackend

Kəbə zəmzəm ilə yuyulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Kəbəni yuma mərasimində Məkkə Əmiri, Məscidi Hərəm və Məscidi Nəbi idarəsinin Baş Direktoru Şeyx Əbdürrəhman ibn Əbdüləziz əl-Sudeys və onun müavini Şeyx Məhəmməd əl-Huzeym ,nazirlər, elm adamları, Kəbədə ziyarətgahı kompleksində işləyən işçilər , Səudiyyə Ərəbistandakı Müsəlman ölkələrin diplomatik nümayəndələri ilə birlikdə ziyarətçilər də iştirak edəcəklər.

Kəbənin içərisi və divarları gül suyu qarışdırılmış zəmzəm suyu ilə təmizlənəcək.

Məsələ ilə bağlı açıqlama verən Şeyx Əbdürrəhman ibn Əbdüləziz əl-Sudeys , Kəbə yumağın sünnət (dini adət) olduğunu ifadə etdi. Әl-Sudeys : \”Peyğəmbərimiz (s) Məkkəni fəth etdikdən sonra səhabələri ilə Kəyə girdiyi gün onu yudu, təmizlədi\” – dedi.

Müqəddəs Kəbə evi hər il iki dəfə ,hicri -qəməri təqviminə görə Şaban və Məhərrəm aylarında yuyulur.

İnterpress.az