Hizbullah təşkilatı   Suriyadakı hərbi əməliyyatlarını  başa çatdırırbackend

Hizbullah təşkilatı Suriyadakı hərbi əməliyyatlarını başa çatdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada “Hizbullah” təşkilatının hərbi əməliyyatları başa çatdırması barədə xəbəri, təşkilatın səlahiyyətli şəxslərindən biri yayıb. Suriyada daxili müharibə başlayan gündən Suriya prezidenti Bəşər Əsəd rejiminin müxaliflərinə qarşı vuruşan “Hizbullah “,artıq Suriyada müharibənin başa çatma fazasına girdiyini və Əsəd hakimiyyətinə müxalif olan silahlı qrupların darmadağın edilməsi iddiasını irəli sürür. “Hizbullah “ hərbiçiləri hökumət qüvvələri ilə birlikdə Hələb şəhərinin ətrafında bir neçə strateji məntəqədə nəzarəti ələ keçirib. Verilən məlumata görə bu təşkilatın Suriyadakı hərbiçiləri Lazkiyə strateji yüksəklikləri uğrunda iri miqyaslı hücuma hazırlaşırlar.

Interpress.az