Rusiyada müqəddəs kitablar haqqında qanun hazırlanırbackend

Rusiyada müqəddəs kitablar haqqında qanun hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına müqəddəs kitabların ekstremizmi təbliğ edir fikrini qadağan edən qanun layihəsi təqdim edib.

Daha öncə ölkənin şərqindəki Yujno-Saxalinsk rayonu məhkəməsi bir qalmaqala imza ataraq \”Duanın İslamdakı mənası və yeri\” kitabında yer alan Qurani-Kərim ayələrini ekstremizmi təbliğ etməsi barədə qərar qəbul etmişdi. Bu qərara ən böyük reaksiyanı Çeçenistan lideri Ramzan Kadırov verib və bu qərarın qəbul edən prokuror Tatiana Bilobrovets və hakim Natalia Perçenko haqqında məhkəməyə şikayətlə müraciət edib.

Qalmaqalın böyüməsindən sonra Vladimir Putin Dövlət Dumasına Quran, İncil, Tövrat və Zəbur kimi müqəddəs sayılan kitabların ekstremizmi təbliğ etməsi fikrini qadağan edən qanun layihəsini təklif edib.

Dövlət Dumasının Sədri Sergey Narışkin bu layihənin qeyri-adi olduğunu və buna görə də, ən yaxın zamanda baxılacağını açıqlayıb.

Ramzan Kadırov isə qalmaqallı məhkəmə qərarının həll olmasından məmnun olduğunu sosial mediada \”Vladimir Putin cəmiyyətimizin birliyi və bərabərliyi istiqamətində tarixi bir addım atıb\” ifadələri ilə açıqlayıb.

İnterpress.az