Bələdiyyə, bayquşu həbs etmək üçün dövlətdən icazə sənədi tələb edib.
Hollandiyanın Purmerend şəhərində keçən il ortaya çıxan bayquş şəhər xalqına aylar boyu qorxulu günlər yaşatdı. Bayquş qaçan və ya idman edən əllidən çox adamı dimdik zərbələri ilə ciddi şəkildə yaralayıb.
Hücumlar nəticəsində bələdiyyə xalqa özləri ilə çətir götürməyi tövsiyə etmişdi. Uzun səylər nəticəsində yaxalanan bayquşun, həbs edilməsi qərara alınıb. Bələdiyyə sədri bu qərarı bələdiyyə məclisinə bildirib.
İnterpress.az