İraq işğalının memarı vəfat edibbackend

İraq işğalının memarı vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Əl-Cəzirə\” kanalına istinadən xəbər verir ki, Ə.Çələbi işğaldan sonra ABŞ-ın İraq rəhbərliyinə təyin etdiyi Pol Bremer tərəfindən 2004-cü ildə yaradılan Prezident Şurasında də yer almışdı. İraq Rəsmi Dövlət Televiziyası \”Əl-İraqiyyə \” , Parlament Maliyyə İşlər Komitəsinin Sədri vəzifəsi yerinə yetirən, deputat Çələbinin evində yatarkən keçirdiyi ürək çatışmazlığından öldüyünü xəbər verdi. İraq Milli Konqres Partiyasının Rəhbəri olan 70 yaşlı Çələbi, 2003-ci ildə ABŞ-ın İraq işğalının memarlarından biri idi. Səddam Hüseynin ən əsas əleyhdarlarından biri olan və ABŞ-a yaxınlığı ilə tanınan Çələbi, BƏƏS rejiminin çevriliş yolu ilə dağıdılması fikrini müdafiə edirdi. Səddamın əlində kütləvi qırğın silahlarının olduğunu irəli sürən Çələbi, ABŞ üçün siyasət arenasında Səddam Hüseyn əleyhinə dəstək axtarışı aparmışdı. 2014-ci ildə İraqda keçirilən parlament seçkilərindən sonra Çələbi, baş nazir postu üçün göstərilən namizədlərin arasında yer almışdı.

İnterpress.az