Şeyxülislamdan fövqəladə açıqlamabackend

Şeyxülislamdan fövqəladə açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Turan İnformasiya Agentliyinə istinadən xəbər verir ki, A.Paşazadə “Müsəlman Birliyi” Hərəkatının mövqeyinin başa düşülən olmadığını söyləyib. “Onlar öncə mövqelərini müəyyən etsinlər, ya ictimai, ya da dini qurum kimi qeydiyyatdan keçsinlər, istiqamətləri məlum olsun”-deyə bildirib.

QMİ sədri, qurumu qeydiyyatsız fəaliyyətdə ittiham edib. Onun fikrincə, Hərəkat ictimai qurumdursa, din adından istifadə etməməlidir. Dini qurumdursa, həmin çərçivəni aşmamalıdır: “Heç kəs kiminsə kimisə yad etməsinin əleyhinə deyil, amma öncə ortaya hansı adla çıxacağını müəyyən etməyi bacarmalısan”-deyə bir daha quruma qeydiyyatdan keçərək konkret status əldə etmək tövsiyyəsi verib. QMİ sədri qurum başçılarının ölkənin ayrı-ayrı bölgələrinə aid məscidlərdə etdikləri çıxışlarda bəzi nüansların ciddi narahatlıq doğurduğunu vurğulayıb. O, konkret misal göstərmədən belə məqamların yolverilməzliyini xüsusi qeyd edib. A.Paşazadə indiki halda istənilən insident “düşmənləri sevindirmək” kimi dəyərləndirib və bunun yolverilməzliyini xüsusi olaraq nəzərə çatdırıb. QMİ sədri polislə yaranan qarşıdurmanı da pisləyərək bunun xoşagələn hal olmadığını söyləyib. Qeyd edək ki, \”Müsəlman Birliyi Hərəkatı\” heç bir yerdə dini icma olduğunu açıqlamayıb.

İnterpress.az