Rusiya S-300 sistemini İrana verirbackend

Rusiya S-300 sistemini İrana verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rəsmi Rusiya İrana S-300 raket sisteminin göndərilməsi barədə kontraktın qüvvəyə mindiyini haqda açıqlama yayıb.
\”Dubai Airshow-2015\” beynəlxalq aviakosmik sərgisində iştirak edən \”Rostex\” korporasiyasının baş direktoru Sergey Çemezovun bildirdiyinə görə, Moskva ilə Tehran arasında S-300 sistemlərinin İrana verilməsi barədə kontrakt qüvvəyə minib. \”Müqavilə nəyinki imzalanıb, artıq qüvvəyə də minib\”, Çemezov deyib.
S-300 zenit sistemlərinin, konkret olaraq hansı növünün İrana veriləcəyini Çemezov dəqiqləşdirməyib. Bundan əvvəl Rusiya nümayəndə heyətinin rəsmisi bildirmişdi ki, \”Amaz-Antey\” konserni Tehranla kontrakt imzalandıqdan sonra təxminən 1,5 il ərzində S-300 sistemlərini istehsalı edib İrana təhvil verməyə qadirdir. Bu ilin aprel ayında Vladimir Putin İrana S-300 zenit-raket komplekslərinin verilməsinə qoyulmuş əvvəlki qadağanı ləğv etmişdi. 2007-ci ildə Rusiya İrana 800 milyon dollar dəyəri olan 5 divizion С-300ПМУ-1 sistemlərinin verilməsi barədə kontrakt bağlamışdı. Lakin Tehrana qarşı 2010-cu ildə tətbiq olunmuş beynəlxalq sanksiyalara görə Rusiya-İran müqaviləsinin icrası dayandırılmışdı. O zaman Rusiya prezidenti vəzifəsini tutan Dmitri Medvedev 2010-cu ilin sentyabrın 22-də İrana \”S-300 zenit-raket sistemlərinin\” verilməsini birbaşa qadağan etmişdi.