Təbrizdə xalq küçələrdə! Aksiya davam edir!-FOTObackend

Təbrizdə xalq küçələrdə! Aksiya davam edir!-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər veri ki, aksiya ilk olaraq Urmiya Universitetində başlanıb. indisə Təbrizin böyük küçələrində davam etməkdədir. Gələn məlumatda bildirir ki, Təbrizin müxtəlif küçələrində etiraz aksiyaları keçirilir. Aksiyaçıların sayı getdikcə artmaqdadır. Məlumatda əlavə olunur ki, polis və xüsusi təyinatlı qüvvələr aksiyanı dağıltmaq üçün gözyaşardıcı qazlardan istifadə edir.

Təbrizdə xalq küçələrdə! Aksiya davam edir!-FOTO

Teleşirkətinin rəhbəri üzr istədi

İranda bir tele verlişdə azərbaycanlıların təhqir olunmasından sonra başlayan etiraz dalğası tele-kanalın rəhbərini üzr istəməyə vadar etdi.

Qurum rəhbəri Məhəmməd Sərəfraz bu hadisə haqqında bu açıqlamanı verib:“Cəmiyyətin milli birlik və həmrəyliyini pozmaq səhvdir. Media və mətbuat belə məsələlərdə ayıq olmalıdır. Bu məsələ ciddi və hərtərəfli araşdırılacaqdır”

Proqramın yayımı dünən dayandırıldı və Məhəmməd Sərəfraz dünən etdiyi açıqlamada azərbaycanlı soydaşlarımızdan üzr istədi.
Cənubi azərbaycanlıların milli heysiyyatını mənfurcasına hədəfə alıb təhqir edən sözü gedən tele –verılışə cavab olaraq, onlarla adam bu gün (bazar ertəsi)Urmiya və Təbriz şəhərində toplandı. Nümayişçilər əllərində azəri türklərinə qarşı \”irqçilik\” və ayrı-seçkiliyə qarşı etiraz bildirən yazılarla bir araya toplandılar.

Təbrizdə xalq küçələrdə! Aksiya davam edir!-FOTO
Təbrizdə xalq küçələrdə! Aksiya davam edir!-FOTO
Təbrizdə xalq küçələrdə! Aksiya davam edir!-FOTO
Təbrizdə xalq küçələrdə! Aksiya davam edir!-FOTO

İnterpress.az