Interpress.az DİN-in saytına istinadən xəbər verir ki, noyabrın 3-də saat 15 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində Bakı şəhər sakini Zakir Musayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini 11 yaşlı Sənan Muradovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq noyabrın 8-də orada dünyasını dəyişib.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılr.
İnterpress.az