Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də Kabel zavodundan quldurluq yolu ilə 60 000 manat və 10 000 ABŞ dolları aparan Bakı şəhər sakinləri Təmkin Salmanlı, Samir Quliyev, Mehman Əsədullayev, Anar Quliyev, Natiq Sulxayev, Toğrul İbrahimov və Fərid Məmmədov saxlanılıb.
Saxlanılan şəxslər zavoda basqın edən zaman maska ilə üzlərini gizlədiblər. Anar Quliyev əlində olan pnevmatik tipli tapança ilə zavodun mühafizəçisinə hədə-qorxu gəlib və digər dəstə üzvləri onun əl-qolunu bağlayıb. Bundan sonra dəstə üzvləri seyf olan otağa daxil olublar. Burada isə özləri ilə gətirdikləri alətlərlə seyfi kəsib içərisində olan külli miqdarda pulu ələ keçirərək cinayət törədiblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
İnterpress.az