“Heç bir xarici kəlməyə ehtiyac yoxdur” – Prezidentbackend

“Heç bir xarici kəlməyə ehtiyac yoxdur” – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda ana dilinin xalqın həyatındakı rolundan danışarkən deyib.

Prezident bəzi hallarda Azərbaycan dilinə xaricdən müdaxilələr edildiyini və bu müdaxilələrin Azərbaycanda da dəstək qazandığını görəndə çox narahat olduğunu qeyd edib:

“Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun”. (azertac)

Interpress