Güneyli soydaşımız məhbəsdə aclıq aksiyasına başladıbackend

Güneyli soydaşımız məhbəsdə aclıq aksiyasına başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ərdəbil zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani türklərin İran televiziyasında təhqir olunmasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Hazırda Ərdəbil həbsxanasında 1 illik həbs cəzasını çəkməkdə olan fəal noyabrın 9-dan (abanın 8-dən) aclıq aksiyasına başlayıb. O öz ailəsi və dostları ilə telefon danışığında bildirib ki, “biz, müxtəlif dövlət qurumlarnın ardıkəsilməyən təhqirlərini formal üzr istəməklə unudan bir millət deyilik. Bu məsələ hüquq çərçivəsində öz həllini tapmalıdır. Millətləri və mədəniyyətləri təhqir edən şəxslər qanuni və hüquqi şəkildə cəzalandırılmalıdır.” A.Lisani əlavə edib ki, “millətlərin təhqir olunması cəzası ancaq hüquqda tərif olunmalıdır. Belə olan halda irqçiliyin və millətlərə qarşı təhqirlərin qarşısını almaq mümkün olacaq. Mən azərbaycanlıların mədəni etirazını dəstəkləyir və həbsxanada aclıq aksiyasına başlayaraq onlarla həmrəy olduğunu elan edirəm.”

İnterpress.az