ETSN-nin mətbuat xidmətindən verilən xəbərə görə, nazirliyin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 07-dən 10-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, Abşeron yarımadasının bəzi yerlərində intensiv, Lənkəran-Astara zonasında güclü olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lənkəran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Mərkəzi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi) təşkil edib. (apa)
Interpress