İran televiziyasının fitnəsi xarici mətbuatdabackend

İran televiziyasının fitnəsi xarici mətbuatda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Əl-Ərəbiyyə” xəbər agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanına bağlı “Ələrəbiyyə” xəbər agentliyi “İranda Azərbaycan türk fəalları Teleradio Şirkətinə (səda və sima) qarşı kütləvi etirazlara çağırış ediblər” başlıqlı xəbər dərc edib. Xəbərdə bildirilir ki, “İran İslam Cümhuriyyətinin “Kanal 2” televiziyasında yayımlanan “Fitilə” proqramında Azərbaycan türkləri təhqir olunub. Azərbaycanın siyasi və mədəni fəalları sosial şəbəkələrdə, noyabrın 8-də Azərbaycanın bütün şəhərlərində keçiriləcək dinc yürüşə çağırış ediblər.” Xəbər agentliyi televiziyanın yaydığı təhqiramiz proqrama Azərbaycan fəallarının reaksiyası barədə də məlumat yayıb və mövzu ilə bağlı azərbaycanlı siyasi fəal xanım Simin Səbridən bir müsahibə götürüb.

İnterpress