Təbriz və Urmiyə şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıbbackend

Təbriz və Urmiyə şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İran televiziyasının türkləri təhqir etməsi Azərbaycanın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyalarına səbəb oldu.
Son məlumata görə, Təbrizdə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və susəpən maşınlarla irqçiliyə qarşı etiraz edən aksiyaçılara hücum edib, lakin bu hücum əhalinin ciddi müqaviməti ilə üzləşib. Təbrizdə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada bir neçə soydaşımızın yaralandığı bildirilir.
Oxşar vəziyyət Urmiyənin İmam və Sərdaran xiyabanlarında yaranıb. Qarşıdurmada onlarla soydaşımız təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb və yaralanıb.
Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və rəngli toplardan istifadə edərək yığıncağı dağıtmağa çalışıblar.
Sosial şəbəkələrdə isə Urmiyədə bir soydaşımızın təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü barədə məlumat yayılıb, lakin hələlik bu xəbər təsdiq edilmir.
Meşginşəhrdə də etirazçılarla təhlükəsizlik qüvvələri arasında gərgin qarşıdurmanın yaşandığı bildirilir.

Təbriz və Urmiyə şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb

Interpress.az