Məşhur cərrah məhkəmədə ifadə verdibackend

Məşhur cərrah məhkəmədə ifadə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Qafqazinfo\”nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Təqsirləndirilən Anar Əliyev məhkəmədə ifadəsi zamanı hadisə zamanı kənddə toyda olduğunu deyib: \”Həmin gün toyda olan kənd adamların istənilən bir şəxsi çağırın şahid kimi ifadə versin. Onlar da mənim toyda olduğumu təsdiqləyəcəklər\”.

Məhkəmə iclasında zərərçəkən Kazımi Mircəlal Mirkazım oğlu ifadə verib.

O, evindən edilən oğurluğun şifarişlə olub-olmamasını öyrənmək istədiyini bildirib: “Mənzilimdən oğurluq edilib. Mənzilimdən pul və qızıllar aparılıb. Mənə dəyən ziyanın heç biri ödənilməyib. Daha çox mənə maraqlıdır ki, bu şəxsləri kimsə sifarişlə mənim evimə göndərmişdi?! Əgər təqsirləndirilən şəxslər doğrunu desələr, onlardan heç nə tələb etməyəcəm. Evdən oğurlanan qızılları həyat yoldaşım başqa bir xanımda görüb. Daha sonra məlum oldu ki, oğurluq edən şəxslər qızılları satıblar”.

E.Əliyev bildirib ki, oğurluq etdikləri evləri özləri seçir: “Heç kim bizi həmin mənzilə sifarişlə göndərməyib”.

Bu ilin aprel ayında Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci Polis Bölməsi (PB), Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) və Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub. Cinayət əməlinin iştirakçısı olan Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.

F.Zeynalov qızılları ona Elvin Əliyevin satdığını deyib. Saxlanılan E.Əliyev isə hadisəni əmisioğlu Anar Əliyevlə birgə keçirdiyini etiraf edib. A.Əliyev isə əmisioğlunun yalandan üzünə durduğunu, polisdə təzyiq altında ifadə verdiyini qeyd edib.

Təqsirləndirilən Elvin Əliyev son söz ilə çıxış edib. O bildirib ki, özünü təqsirli bilir: \”Özüm də könüllü təslim olmuşam. Qızılların da yerini göstərmişəm. Zərgər Füzuli pul verib zaminə çıxıb. Zərərçəkənin də 15 gün sonra şikayətçi olması şübhəlidir. Müstəntiq mənə dedi ki, qızılları qaytarsan səni buraxacağıq. Amma buraxmadılar. Xahiş edirəm, yüngül cəza verəsiniz\”.

Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 9 ilmüddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, evindən oğurluq edilən 1977-ci il təvəllüdlü Kazımi Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiridir.

Interpress