İnterpress.az ərəb mediyasına istinadən xəbər verir ki, Misirin Port Səid şəhərində Musa Dağı Qəhrəmanlıq Müharibəsindən xilas olan və 1915-1919-ci illərdə Port Səid şəhərinə sığınan Erməni mühacirlərin xatirəsini əbədiləşdirən abidənin açılış mərasimi keçirilib. \” Misir Hay Dat Komitəsi\” üzvü Armen Mazlumyan, abidənin Misir- Erməni cəmiyyəti təşəbbüsü ilə açıldığı, açılışda Musa Dağı Qəhrəmanlıq Müharibəsi 100-ci il Komitəsinin başçısı Yesayi Havatyan, Erməni Apostoli kilsəsi ruhani liderləri və Erməni cəmiyyəti nümayəndələrinin də iştirak etdiyi qeyd edilib. A.Mazlumyan, abidənin Misir -Erməni cəmiyyətinin çətin günlərində Erməni xalqının yanında olan Misirə bir daha minnətdar olduğunu da ifadə etdi.
Interpress.az