Şəhəri niyə su basır? Rəsmi açıqlamabackend

Şəhəri niyə su basır? Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxta yağış sularının daşınmasının böyük əksəriyyəti kanalizasiya sistemlərinin üzərinə düşür. Ancaq mövcud kanalizasiya sistemi 70-80 ci illərdə qurulduğuna görə, bu günün tələblərinə uyğun gəlmir, nəticədə intensiv yağıntılar zamanı bəzi ərazilərdə gölməçələr əmələ gəlir və belə hallar əsasən şəhərin nisbətən kənar ərazilərində rast gəlinir. Bunu İnterpress-ə açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinini rəisi Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə son 10-15 ildə Bakı şəhərinin və ətraf ərazilərin sürətli inkişafı – yeni bina və evlərin titklməsi, asfalt yolların çəkilməsi ilə nəticələnib ki, bu da torpaq yerlərin azalmasına gətirib çıxarıb. Nəticədə yagıntılar zamanı kanalizasiya xətlərinə daha çox su axır və intensiv yağıntılar zamanı bəzi küçələrdə su yığılır. Amma yağış dayanandan çox qısa müddətdə bu sular da çəkilir. Başqa sözlə kanalizasiya xətlərinin həmin suları eyni vaxtda daşımağa gücü çatmır. Qurum rəsmi əlavə edir ki,bu problemin həlli Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Master Plan”da öz əksini tapıb. “Planada Abşeron yarımadasına 3400 km yağış kanalizasiya şəbəkəsinin və 900 km-dən artıq yağış kollektorlarının qurulması nəzərdə tutulur. “Master Plan”da Abşeron yarmadasındakı göllərdən təbii hövzə kimi istifadə olunması da əks olunub. Yəni yağış suları kanalizasiya suları ilə qarışmadan birbaşa həmi göllərə axıdıla bilər.

İnterpress.az