Suda quraşdırılan seysmik satnsiyalardan- XƏBƏR VARbackend

Suda quraşdırılan seysmik satnsiyalardan- XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress-ə açıqlamasında AMEA nəzdində RSXM-in İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
Qurum rəsmisi əlavə edir ki, suda quraşdırılacaq peyk vasitəsi ilə işləyən seysmik stansiyaların hazırlanması gecikir: “Bu uzun bir prosesdir. Onda görə də hələki gözləmək məcburiyyətindəyik”. Şöbə müdirinin sözlərinə görə, yeni alınan, quruda quraşdırılması nəzərdə tutulan 5 ədəd peyk vasitəsi ilə işləyən seysmik stansiyalar üçünsə yerlər ayrılıb, avadanlıqlar da alınıb: “Bu avadanlıqların köməyi ilə biz informasiya daha dəqiq və operativ əldə edirik. Zəlzələ baş verəndən 5-10- dəqiqə sonra bizdə informasiya olur və biz də bu məlumatı ictimaiyətə çatdırmaqda çətinlik çəkmirik. Ölkənin hər yerində quraşdırılması məqsədi ilə bu avadanlıqların sayını artırılması işimizi daha da inkişaf etdirəcək”. Vüsalə Rafiqqızı onu da bildirdi ki, MDB ölkələri arasında Azərbaycan ilk ölkədir ki peyk vasitəsi ilə işləyən seysmik stansiyalar üçün sözü gedən avadanlıqları alıb.
Qeyd edək ki, hazırda peyk vasitəsilə işləyən 35 seysmik stansiya fəaliyyətdədir.

İnterpress.az