Tehranda İran-Ermənistan Biznes Forumu başladı; 65 iş adamı iştirak edirbackend

Tehranda İran-Ermənistan Biznes Forumu başladı; 65 iş adamı iştirak edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xarici mətbuata istinadən xəbər verir ki, səfər çərçivəsində Ermənistan İqtisadiyyat nazirinin İranlı rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Nazir Djşmarityanın xüsusilə İran İslam Respublikası (İİC) Sənaye, Mədən və Ticarət naziri Muhəmməd Nemətzadə, İİC İqtisadi əlaqələr və Maliyyə naziri Əli Tayebnia, İİC İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Mahmud Vayezi, İİC Ticaret-Sanayi-mədənlər və Kənd Təsərrüfatı Palatası sədri Mohsen Jalalpurla görüşəcək.

İranlı rəsmilərlə görüşlərdə iki ölkə iqtisadi əlaqələrinin inkişaf perspektivi, Ermənistanın Avrasiya İqtisadi Birliyi (AEB) üzvlüyü və AB ilə əməkdaşlığının canlanması fonunda yeni əməkdaşlıq texnologiyaları və innovasiya sahəsində birgə maraqlarla yanaşı müxtəlif sahələrdə firmaların birgə layihələrinin həyata keçirilməsinə dəstək, İİR-na Erməni mallarının ixrac imkanlarına dair və tərəflərin maraq doğura biləcək məsələlər araşdırılacaq.

Forumun açılışında İİR-nın Sənaye, Mədən və Ticarət naziri Məhəmməd Rzazadə və Ermənistan İqtisadiyyat naziri Djşmarityan çıxış edəcəklər.

Biznes Forumu zamanı \”Regional İmkanlar Qovşağında Əməkdaşlığın Birləşməsi\” mövzu başlığı çərçivəsində\”İranda işgüzar şərait və Ermənistanda işgüzar mühiti\” adlı təqdimatlarla yanaşı, \”Ticarət və investisiya sahəsinin təqdim etdiyi sahədə fürsətlər \” başlığı altında enerji, maliyyə və bank, nəqliyyatı və logistikaya dair məsələlərin təqdimatı olacaqdır.

Biznes forum çərçivəsində Ermənistan İxrac Sığorta Agentliyi (Export Insurance Agency of Armenia, ICJSC) və İran Eksport Zəmanət Fondu (Export Guarantee Fund of Iran) iki ölkə arasında Ticarət və İnvestisiyaların Təşviqinə yönəldilmiş Əməkdaşlıq Birgə Anlaşma Memorandumunu imzalayacaqlar.